Papikyan İranda bu cür qarşılandı, sonra isə… – Foto

Papikyan İranda bu cür qarşılandı, sonra isə… – Foto

İran Müdafiə Nazirliyində yüksək səviyyədə və təntənəli şəkildə qarşılanan Ermənistanın müdafiə naziri Suren Papikyan ilə iranı həmkarı Məhəmməd Rza Aştiani arasında görüş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə İran MN məlumat yayıb.

Nazirlər müdafiə sahəsində əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərini müzakirə edib.

Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması ilə bağlı mövqelərini təsdiqləyiblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə bir sıra razılaşmalar əldə olunub.

Teqlər: