Papikyan indi də Qazaxla sərhədə gəldi

Papikyan indi də Qazaxla sərhədə gəldi

Ermənistan müdafiə naziri Suren Papikyan ötən gün 2-ci ordu birliyini ziyarət edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Hərbi təlim bölməsində Papikyana müasir texnikalar, yerli istehsal olan avadanlıqlar, o cümlədən səhra şəraitində şəxsi heyətin təminatı haqda məruzə edilib.

Sonra Papikyan döyüş atışlı taktiki təlimləri izləyib. Təlimlərdə əks-hücum fəaliyyətləri də məşq edilib.

Nazir təlimdə fərqlənənlərə mükafatlar təqdim edib.

Daha sonra Papikyan şimal-şərq sərhəd xəttinə gəlib, döyüş mövqelərində olub, mühəndis işlərini izləyib, şəxsi heyətin döyüş ruhu ilə maraqlanıb, mövqelərdə olan hərbçilərlə söhbət edib və s.

Qeyd edək ki, Papikyan 16 iyunda Naxçıvanla sərhədə getmişdi.

Teqlər: