Papa Fransisk bəşəriyyətin Üçüncü Dünya müharibəsinə girdiyini bəyan edib.
AzerTimes xəbər verir ki, o, bunu 1939-cu ildə almanların Polşaya hücumunun ildönümündən danışarkən deyib.
Roma Papası qeyd edib ki, İkinci Dünya müharibəsinin bütün polyaklara çox ağrılı təsiri olub:
“Və bu gün biz Üçüncünü yaşayırıq. Qoy keçmiş təcrübələrin xatirəsi sizi özünüzdə, ailənizdə, sosial və beynəlxalq həyatda sülhün bərqərar olmasına təşviq etsin”.