Pandemiyaya qarşı mübarizə aparmaq üçün biz birgə səylərimizi ortaya qoymalıyıq – Kerri Kennedi

Xəbər - Elçin Mehdiyev – Trend:

Qlobal Bakı Forumu çərçivəsində çox səmərəli müzakirələrin aparılacağına ümid edirəm.

AzerTimes-ın məlumatına görə, bunu Robert F. Kennedi İnsan Hüququları təşkilatının prezidenti Kerri Kennedi Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəviyə dair xarici dildə nəşr edilmiş 2 kitabın təqdimat mərasimi zaman deyib.

O qeyd edib ki, bu forumda dünyanın təcrübəli insanları səmərəli müzakirələr aparmaq üçün bir araya gəlir: “Bu forumda dünyanı narahat edən mövzular müzakirə edilir. Hazırki forumun COVID mövzusuna həsr edilməsi çox vacibdir. Bu gün dünya COVİD pandemiyası dövrünü yaşamaqdadır. Pandemiyaya qarşı mübarizə aparmaq üçün biz birgə səylərimizi ortaya qoymalıyıq. Pandemiya ilə mübarizədə vaksinasiyanın əhəmiyyətini nəzərə alaraq vaksinlərin ədalətli paylanmasını təmin etməliyik və əmin olmalıyıq ki, hər kəs təhlükəsizlikdədir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

Qeyd edək ki, “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının müəllifi Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Sarıgeldin, “Nizami Gəncəvinin Yeddi Gözəl və Ədəbiyyat barədə digər Esselər” kitabının müəllifi isə Latvianın keçmiş prezidenti Vayra Vike-Freyberqadır.

Teqlər: