Pandemiya ilə bağlı qapanmalara baxmayaraq, Bakı inkişaf edir və gözəlləşir – Latviyanın keçmiş prezidenti

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakı şəhəri çox valehedici görsənir və pandemiya ilə əlaqədar qapanmalara baxmayaraq, Bakı inkişaf edir və gözəlləşir.

AzerTimes-ın məlumatına görə, bunu Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəviyə dair xarici dildə nəşr edilmiş 2 kitabın təqdimat mərasimi zaman deyib.

V.Vike-Freyberqa bildirib ki, bu gün dünyada çətinliklər, problemlər mövcuddur: “Biz bu problemlərin öhdəsindən birgə gəlməliyik. Ümid edirəm ki, biz qarşıdakı günlər ərzində çox səmərəli müzakirələr aparacağıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

“Nizami Gəncəvi: Şair və Müdrik” kitabının müəllifi Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Sarıgeldin, “Nizami Gəncəvinin Yeddi Gözəl və Ədəbiyyat barədə digər Esselər” kitabının müəllifi isə Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqadır.

Teqlər: