Pandemiyanın iqtisadi təsirləri ilə mübarizə Fransaya 600 milyard avroya başa gəlib – Makron

Pandemiyanın iqtisadi təsirləri ilə mübarizə Fransaya 600
milyard avroya başa gəlib.

Trend xəbər
verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ölkədə
keçirilən prezident seçkiləri çərçivəsində teledebatlar zamanı
bildirib.

Onun sözlərinə görə, pandemiya səbəbindən yaranmış borclanma 600
milyard avro təşkil edir.

“Bu borclanma kafe və restoran sahiblərinin, kiçik biznesə və
fərdi sahibkarlara kömək ilə bağlıdır”, – E. Makron vurğulayıb.

Qeyd edək ki, aprelin 10-da Fransada prezident seçkilərinin
birinci turu keçirilib. Seçkidə 12 namizəd iştirak edib. Hazırki
ölkə başçısı 27,84%, onun əsas rəqibi Marin Le Pen isə 23,15% səs
toplayıb. Prezident seçkiləri çərçivəsində ikinci tur səsvermə
aprelin 24-də keçiriləcək.