Pandemiya zamanı Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq xarici borclanmaya getmədi – Maliyyə naziri

Xəbər - Elçin Mehdiyev – Trend:

Pandemiya dövründə bir sıra ölkələr xarici borclanmaya getdi. Ancaq Azərbaycan buna getmədi.

AzerTimes-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan pandemiya zamanı öz vəsaitlərindən istifadə etdi:

“Belə ki, ölkəmiz Neft Fondunda yığdığı vəsaitlərdən bir qədər istifadəyə qərar verdi və Neft Fondundan transfertin həcmində müəyyən artımlar oldu. Bununla da borclanma olmadı. Pandemiyadan çıxışın ağır ola biləcəyini nəzərə alaraq hesab etdik ki, bir qədər yumşaq fiskal siyasət aparmağa ehtiyac var”, – deyə nazir vurğulayıb.

Teqlər: