Gələn il vergi ödəyicilərinə 50 milyon manat güzəşt nəzərdə tutulur

Xəbər - Elçin Mehdiyev – Trend:

Vergi Məcəlləsinə dəyişikliklər edilməklə gələn il vergi ödəyicilərinə 50 milyon manat güzəştlərin verilməsi nəzərdə tutulur.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, dövlət başçısı tərəfindən 5 prioritet istiqamət müəyyən edilib. “Biz də onları inkişaf etdirməliyik”, – deyə nazir vurğulayıb.

Teqlər: