Pandemiya İranda ət istehlakını kəskin azaldıb

Xəbər - Elnur Bağışov – Trend:

Son illərdə İranda qırmızı ət istehlakı adambaşına 8 kiloqram azalıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Qoyun Əti İstehsalçıları və Distributorluğu Birliyinin sədri Əli Əsğər Məliki deyib.

Ə.Məlikinin sözlərinə görə, halbuki əvvəlki illərdə İranda adambaşına qırmızı ət istehlakı 12,5 kiloqram idi.

Məliki əlavə edib ki, adambaşına ət istehlakının 36% azalmasının səbəbləri qırmızı ətə tələbatın azalmasıdır. İnflyasiyanın artması, eyni zamanda koronavirus pandemiyası qırmızı ətə tələbatı azaldıb. Belə ki, pandemiya qırmızı ət istehlak edən əsas mərkəzlər, yeməkxanlar, restoranların fəaliyyətini dayandırması, ziyafətlərin təşkil olunmaması ilə nəticələnib.

Qeyd edək ki, hazırda İran bazarında 1 kq qırmızı ətin qiyməti 1,2 milyon rial (təxminən 28,5 dollar) – 1,7 milyon rial (təxminən 40,4 dollar) arasında dəyişir.