“Palmeyras” futbol klubu ardıcıl ikinci dəfə Libertadores Kubokunun finalına çıxdı

Braziliyanın “Palmeyras” futbol klubu Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Atletiko Mineyro” ilə 1:1 bərabərə qalıb və turnirin finalına yüksəlib.

AzerTimes-ın məlumatına görə, görüş Braziliyanın Belu-Orizonti şəhərində keçirilib.

“Atletiko Mineyro”nun hücumçusu Eduardo Varqas 52-ci dəqiqədə hesabı açdı. “Palmeyras”ın heyətində qolu Dudu (68) vurub.

“Palmeyras” səfərdə vurulan qola görə Libertadores Kubokunun finalına yüksəldi. Komanda ardıcıl ikinci dəfə turnirin həlledici matçına çıxacaq.

Teqlər: