“Palmali” gəmilərində Heydər Əliyev guşəsi yaradıldı

“Palmali” gəmilərində Heydər Əliyev guşəsi yaradıldı

“Palmali” donanmasına daxil olan bütün gəmilərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xatirə guşələri təşkil olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Palmali Holdinq” şirkətinin prezidenti Mübariz Mənsimovun təlimat verib.

“Bildiyiniz kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2023-cü il Heydər Əliyev İli elan edilib.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ulu Öndərin dünya limanlarında xatirəsini yaşatmaq bizim üçün böyük şərəfdir. Fəaliyyətinin bütün dövrlərində Heydər Əliyev canından əziz bildiyi doğma vətəninin və xalqının mənafelərini daim müdafiə etmiş, respublikamızın inkişafı üçün böyük işlər həyata keçirmişdir. “Palmali” ailəsi olaraq biz Ümummilli Liderin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü misilsiz xidmətləri daim xatırlayır və vurğulayırıq. Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı, Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretləri bütün gəmilərimizi bəzəyir.

Biz fəxr edirik ki, azərbaycanlıyıq”, – “Palmali Holdinq” şirkətinin yaydığı məlumatda qeyd edilib.

Teqlər: