Palçıq vulkanları ətrafında beş seysmik stansiya quraşdırılıb

Xəbər - Humay Ağacanova – Trend:

Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycana gətirilən
yeni seysmik stansiyaların quraşdırılması prosesi davam
etdirilir.

Trend-in məlumatına görə, bu barədə AMEA
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, həmin stansiyaların 12 ədədinin palçıq
vulkanları ərazisində quraşdırılması nəzərdə tutulub ki, artıq AMEA
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron
yarımadasındakı palçıq vulkanları ətrafında beş stansiya
quraşdırılıb.

Hazırda digər vulkanların ətrafında seysmik stansiyaların
quraşdırılması prosesi davam etdirilir. Palçıq vulkanları ətrafında
seysmik stansiyaların quraşdırılması prosesinin yaxın vaxtlarda
başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq qrant layihəsi çərçivəsində bölgələrdə
quraşdırılması nəzərdə tutulan on seysmik stansiyalardan üçü –
Tovuz (Hacılar), Daşkəsən (Xoşbulaq), İsmayıllı (Zərnəva)
rayonlarında artıq quraşdırılaraq istismara verilib. Yerdə qalan
stansiyaların quraşdırılması prosesi davam edir.

Teqlər: