Bazar günü Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva
əyalətinin Bannu şəhərində polislə terrorçular arasında atışma
nəticəsində 5 terrorçu öldürülüb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, polis şəhərdə
terrorçuların olması ilə bağlı məlumat əsasında Terrorla Mübarizə
İdarəsi ilə birgə əməliyyat keçirib.
Atışma zamanı 5 terrorçu öldürülüb, bəziləri isə sutkanın
qaranlıq vaxtına təsadüf etdiyindən qaçmağa müvəffəq olub. Onların
tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Bildirilir ki, terrorçulardan çoxlu sayda silah və sursatın
götürülüb. Öldürülən terrorçuların qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” qruplaşmasının üzvləri olduğu
bildirilir. Onlar məqsədyönlü qətllər, bomba partlayışları və
təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak ediblər.