Pakistanın Nazirlər Kabineti istefaya göndərilib

Pakistanın Nazirlər Kabineti istefaya göndərilib, lakin baş
nazir İmran Xan vəzifəsini davam etdirəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin dövlət informasiya və teleradio
yayım naziri Fərrux Həbib öz “Twitter” səhifəsində bildirib.

“Baş nazir konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq
vəzifələrini icra etməyə davam edəcək, Nazirlər Kabineti
buraxılıb”, – deyə nazir yazıb.