Pakistanın cənubunda baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb

Pakistanın cənubundakı Kəraçi şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Trend bu barədə yerli KİV-lərə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış özəl bank binasında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn mütəxəssislər hadisənin səbəblərini araşdırırlar. Axtarış-xilasetmə işləri davam edir.


Ilkin ehtimala görə, partlayış qaz sızması səbəbindən baş verə bilərdi.

Teqlər: