Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Mastunq rayonunda naməlum şəxslərin avtomobili atəşə tutması nəticəsində azı 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə rayonun Vəli Xan ərazisində baş verib, hücum edənlər dərhal oradan uzaqlaşıblar. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər.
Hadisə yerinə polis gəlib və faktla bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, hücuma məruz qalan avtomobil nüfuzlu yerli qəbilə liderinə məxsusdur.