ABŞ-da naməlum şəxs avtomobili parad iştirakçılarının üzərinə sürüb, ölən və yaralılar var

ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində avtomoilin naməlum şəxs tərəfindən Milad paradının iştirakçıları üzərinə sürülməsi nəticəsində azı bir nəfər ölüb, 20-dən artıq insan xəsarət alıb.

AzerTimes yerli KİV-lərə istinadən xəbər verir ki, hadisədən sonra atəş səsləri eşidilib. Şahidlərin sözlərinə görə, avtomobildəki şəxslər parad iştirakçılarına atəş açıb.

Şəhərin polis departamentinin rəhbəri Den Tompson bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, daha iki nəfərin axtarışları davam edir.

Teqlər: