Pakistanda yeni baş nazir seçilib

“Pakistan Müsəlman Liqası – Nəvaz” partiyasının sədri Şahbaz
Şərif ölkənin yeni baş naziri seçilib.

AzerTimes-ın məlumatına görə, o, Pakistan parlamentinin bugünkü
iclasında baş nazir vəzifəsinə seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Pakistan parlamenti sabiq baş
nazir İmran Xanı etmiadsızlıq səsverməsi nəticəsində istefaya
göndərmişdi.

Parlamentin bugünkü iclasında İ.Xanın “Təhrik-i İnsaf” partiyası
səsverməni boykot edərək kütləvi şəkildə istefa verdiklərini
açıqlayıb.

Xatırladaq ki, Ş.Şərifin atası Nəvaz Şərif 1990-93, 1997-99 və
2013-2017-ci illərdə Pakistanın baş naziri olub.