Pakistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, 4 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Pakistanın cənubundakı Kəraçi şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub. Daha 6 nəfərin yaralandığı deyilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


Polis partlayışın bədbəxt hadisə nəticəsində baş verdiyini ehtimal edir.