Pakistanda ticarət mərkəzi alova qərq oldu – Video

Pakistanda ticarət mərkəzi alova qərq oldu – Video

Pakistanın paytaxtı İslamabadda yerləşən “Centaurus Mall” ticarət mərkəzində güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, yanğın yuxarı mərtəbələrdəki yeməkxanada başlayıb, sonra isə tez bir zamanda bütün binaya yayılıb.

İnsanlar sürətlə binadan təxliyə edilib.

İlkin məlumata görə, yanğın zamanı tələfat olmayıb. Yanğın iki saatdan sonra söndürülüb.

Teqlər: