Pakistanda sərnişin avtobusu yandı: ölənlər var

Pakistanda sərnişin avtobusu yandı: ölənlər var

Pakistanın Kəraçi şəhərində sərnişin avtobusunda baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, yanğının Kəraçidən Khairpura gedən avtobusun havalandırmasında yaranan qısaqapanma səbəbindən baş verdiyi bildirilib.

Qəza yerinə çoxlu sayda təcili yardım briqadaları göndərilib.

Cəsədlərin çoxunun tamamilə yandığı məlum olub.

Teqlər: