Pakistanda partlayış: 9 polis həlak oldu

Pakistanda partlayış: 9 polis həlak oldu

Pakistanın Bəlucistan əyalətinin Bolan rayonunda partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Məlumata görə, kamikadze Kənbari körpüsündə idarə etdiyi motosikleti polislərin olduğu mikroavtobusa çırpıb.

Partlayış nəticəsində 9 polis əməkdaşı həlak ölüb, 13-ü yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Teqlər: