Pakistanın Bəlucistan əyalətində əldəqayırma partlayıcının işə düşməsi nəticəsində ölkə ordusunun azı 5 əsgəri həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, insident Kahan qəsəbəsi yaxınlığında baş verib.
Hücuma görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistanın Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.