Paşinyan Sərkisyanın adamını nazir təyin edir

Paşinyan Sərkisyanın adamını nazir təyin edir

Ermənistan Baş naziri Nikol Paşinyan Qriqor Minasyanı ədliyyə nazirinin müavini vəzifəsindən azad edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, ədliyyə naziri Karen Andreasyan Ali Məhkəmə Şurasına keçəndən sonra Minasyan nazir vəzifəsini icra edirdi.

Ehtimal edilir ki, nazir müavini vəzifəsindən azad edilən Minasyan nazir təyin ediləcək.

Qeyd edək ki, Q.Minasyan 2013-17-ci illərdə Serj Sərkisyanın Respublikaçılar Partiyasından İrəvan Ağsaqqallar Şurasının üzvü olub.

Teqlər: