Pakistanda leysan fəlakəti: 37 nəfər öldü

Pakistanda leysan fəlakəti: 37 nəfər öldü

Pakistanın şimal-qərbində şiddətli leysan yağışları səbəbindən 37 nəfər ölüb, 47 nəfər isə müxtəlif xəsarətlər alıb.

AzerTimes xəbər verir ki, Xayber Paxtunxva və Bəlucistan əyalətlərində aramsız yağış və qar bir sıra binaların çökməsinə səbəb olub.

Dağıntılar altında qalanların olduğu bildirilib.

Bəzi avtomobil yollarının su altında qalması hərəkəti xeyli çətinləşdirib.

Ölkənin meteorologiya idarəsi yağınların növbəti həftə də davam edəcəyini açıqlayıb.

Teqlər: