Pakistanda kamikadze hücumu: 9 nəfər öldü

Pakistanda kamikadze hücumu: 9 nəfər öldü

Pakistanın Xayber-Paxtunxva əyalətində kamikadzenin hücumu nəticəsində 9 əsgər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Hadisə Bannu dairəsinin Jani Khel rayonunda qeydə alınıb.

Belə ki, motosikletli kamikadze hərbi konvoyun yaxınlığında özünü partladıb. Daha 5 nəfərin yaralandığı bildirilir.

Teqlər: