Pakistanda ildırım vurması nəticəsində 25 nəfər öldü

Pakistanda ildırım vurması nəticəsində 25 nəfər öldü

Pakistanın Bəlucistan, Pəncab və Sinqx əyalətlərində şiddətli leysan zamanı ildırım düşməsi nəticəsində azı 25 nəfər həyatını itirib.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, Pəncab əyalətində 16 nəfər, digər adı çəkilən regionlarda isə 9 nəfər fərqli ərazilərdə təbiət hadisənin qurbanı olub.

Ölənlərin əksəriyyətinin təsərrüfat sahəsində çalışdığı bildirilib.

İldırım vurması zamanı yaşayış sahələrinə də ziyan dəydiyi bildirilib.

Teqlər: