Pakistanın Sindhi əyalətində güclü leysan yağışları və fırtına nəticəsində daha 26 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hadisə nəticəsində Karaçı şəhərində bir çox ev və iş yerləri su altında qalıb.
Qeyd edək ki, açıqlanan son rəqəmlərdə ölənlərin sayının 72 olduğu bildirilirdi. Güclü yağış əsasən paytaxt İslamabad və Ravalpindidə fəlakətə yol açıb.