Avropada qazın qiyməti 1750 dolları ötdü

Avropada qazın qiyməti 1750 dolları ötdü

Avropada iyulun 12-də keçirilən hərracın gedişində mavi yanacağın min kubmetrinin qiyməti 3,5 faiz artaraq yenidən 1750 dolları ötüb.

AzerTimes xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın avqust fyuçersinin qiyməti 1772 dollara qalxıb. Ötən gün Kanadanın “Şimal axını” üçün təmir edilən “Siemens” qaz turbininin Almaniyaya qaytarılması ilə bağlı qərarından sonra mavi yanacağın qiyməti təxminən 12 faiz ucuzlaşmışdı.

Planlaşdırılan təmir işləri ilə əlaqədar “Şimal axını” qaz kəmərinin hər iki xətti üzrə mavi yanacaq nəqlinin iyul ayının 11-dən 21-dək müvəqqəti olaraq dayandırılacağı barədə məlumat verilmişdi. İyunun ortalarından kəmərə maksimum gücünün yalnız 40 faizi qədər qaz vurula bilirdi. Buna Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən “Siemens Energy” kompaniyasının “Şimal axını” kəməri üçün təmir etdiyi qaz turbininin Monrealdan Almaniyaya gətirilməsində problemlərin yaranması səbəb olmuşdu.

Teqlər: