Pakistanda dəhşətli partlayış: ölü və yaralılar var

Pakistanda dəhşətli partlayış: ölü və yaralılar var

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində partlayış törədilib.

AzerTimes xəbər verir ki, bu barədə yerli GEO telekanalı məlumat yayıb.

Partlayış zamanı 3 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi bildirilir.

Kvetta şəhər polisinin rəsmisi Abdul Həqq Umxani yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.

Teqlər: