Pakistanda daşqınlarda 800-dən çox insan öldü

Pakistanda daşqınlarda 800-dən çox insan öldü

Pakistanda iyunun ortalarından bəri davam edən daşqınlar nəticəsində ən azı 820 nəfər ölüb, 1315-dən çox insan xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 2,8 min km-ə yaxın yol, 72 mindən çox ev, 129 körpü dağılıb, 504 min başdan çox mal-qara isə tələf olub.

Hazırda səlahiyyətlilər zərər çəkmiş ərazilərdə xilasetmə işləri aparır.

Qeyd edək ki, iyun ayından bəri Pakistanda davam edən musson yağışlara görə ölkədə fövqəladə vəziyyət elan edilib və təcili humanitar yardım üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət olunub.

Teqlər: