Pakistanda avtobus qəzası: 40 nəfər öldü

Pakistanda avtobus qəzası: 40 nəfər öldü

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus dərəyə düşüb və yanıb.

Qəza nəticəsində 40 nəfər ölüb.

Qəza yerində axtarış əməliyyatı davam edir.

Teqlər: