Pakistanda avtobus qəzası: 19 ölü, 12 yaralı

Pakistanda avtobus qəzası: 19 ölü, 12 yaralı

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə aşıb.

AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, yağış səbəbindən sürücü idarəetməni itirib.

Qəza nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralılar yerli xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Teqlər: