Pakistanın şimalındakı Gilgit-Baltistan regionunda terrorçular sərnişin avtobusuna hücum edib.
AzerTimes xəbər verir ki. bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Çilas şəhərində baş verib. Avtobusu müşayiət edən Pakistan hərbçilərinə məxsus avtomobil də atəşə məruz qalıb. Hücum nəticəsində 11 nəfər ölüb. Ölənlərdən ikisi hərbçidir. Daha 25 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.