Pakistanda 5,7 bal gücündə zəlzələ olub

Pakistanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.