Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Dalbandin
şəhərindən 25 kilometr cənub-şərqdə, ocağı isə 113 kilometr
dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.