Ərdoğan və Malayziya kralı ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziya Sultanı
Kralı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah arasında
telefon danışığı olub.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Telefon danışığı zamanı Ankara ilə Kuala-Lumpur arasında
əlaqələrin inkişafı üçün atılacaq addımlar müzakirə edilib.

Regional məsələlər, o cümlədən Rohinca müsəlmanlarının vəziyyəti
nəzərdən keçirilib.

İki ölkə liderləri Ramazan bayramı münasibətilə də bir-birini
təbrik ediblər.