Pakistanda 5 nəfər qasırğanın qurbanı olub, 6 nəfər yaralanıb

Pakistanın şimal-qərbində yerləşən Heybər vilayətində yağış və qasırğa nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə vilayətin Təbii fəlakətlər idarəsi xəbər verib.

Bildirilir ki, leysan yağışlar və güclü külək səkkiz binanın dağılmasına səbəb olub.

Bu arada, vilayətin Çitral bölgəsində əsas magistral yollardan biri çayın aşması səbəbindən bağlanıb.

Pakistanın Meteorologiya departamenti bazar günü Heybər və qonşu Pəncab vilayətlərində güclü yağışlar proqnozlaşdırıb, çayların daşması və güclü külək barədə yerli sakinlərə xəbərdarlıq edib.

Teqlər: