Xəbər - Orxan Nəbiyev – Trend:
Pakistanın cənub-şərqindəki Sind əyalətində azı 17 nəfər saxt spirtli içkidən zəhərlənərək ölüb.
Trend-in məlumatına görə, zəhərlənmə Heydərabad şəhəri yaxınlığındakı bir neçə kənddə qeydə alınıb.
17 nəfər xəstəxanaya müraciət etdikdən sonra müalicə zamanı həyatını itirib.
Hazırda saxta spirtli içkilərin mənşəyi ilə bağlı araşdırma aparılır.