Pakistanda 17 nəfər saxt spirtli içkidən ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Pakistanın cənub-şərqindəki Sind əyalətində azı 17 nəfər saxt spirtli içkidən zəhərlənərək ölüb.

Trend-in məlumatına görə, zəhərlənmə Heydərabad şəhəri yaxınlığındakı bir neçə kənddə qeydə alınıb.

17 nəfər xəstəxanaya müraciət etdikdən sonra müalicə zamanı həyatını itirib.

Hazırda saxta spirtli içkilərin mənşəyi ilə bağlı araşdırma aparılır.