Pakistan və İran birgə hərbi işçi qrup yaradır

Pakistan və İran birgə hərbi işçi qrup yaradır

İran və Pakistan birgə hərbi işçi qrup yaratmaq barədə razılaşıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Bagiri deyib.

Bagiri bildirib ki, telefon danışığı zamanı general-leytenant Şahir Şəmşadı Pakistan Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri təyin olunması münasibəti ilə təbrik edib. O əlavə edib ki, yüksək rütbəli komandirlərin görüşləri və təhsil, əməliyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi iki dövlətin qarşılıqlı əlaqələrin genişləndirilməsində ciddiliyinə dəlalət edir.

General-leytenant Şahir Şəmşad deyib ki, birgə hərbi əməliyyat qrupunun yaradılması Pakistan ordusu üçün ən yüksək prioritetdir.

Teqlər: