Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var

Xəbər - Orxan Nəbiyev – Trend:

Ərəbistan dənizində, Pakistanın Sind əyaləti sahillərində iki qayığın toqquşması nəticəsində 30-dan çox balıqçı itkin düşüb.

Trend-in məlumatına görə, hadisə zamanı qayıqlarda ümumilikdə 35 nəfər olub.

Onlardan beş nəfəri xilas edilib və xəstəxanaya yerləşdirilib. Pakistan Hərbi-Dəniz Qüvvələri itkin düşənlərin axtarışlarını davam etdirir.


Qeyd olunur ki, qəzaya güclü külək və qayıqların həddən artıq dolması səbəb olub.