Pakistan parlamentində hökumətə etimadsızlıq səsverməsi gün ərzində ikinci dəfə təxirə salınıb

Pakistan parlamentində hökumətə etimadsızlıq səsverməsi gün
ərzində ikinci dəfə təxirə salınıb.

Trend-in
məlumatına görə, səsvermə axşam saatlarında bərpa olunacaq.

Qeyd edək ki, İmran Xan hökumətinə qarşı etimadsızlıq səsverməsi
bu gün səhər saatlarına təyin olunsa da, əvvəlcə bir neçə saatlıq
təxirə salınmış, daha sonra axşama keçirilmişdi.

Xatırladaq ki, ötən həftə baş nazir İmran Xan parlamenti
buraxdığını elan etmiş, daha sonra istefaya yollanmışdı.

Pakistan Konstitusiya məhkəməsi ilə bir neçə gün sonra
parlamentin buraxılması qərarını qanunsuz hesab etmişdir.