Londonda məşhur rəssam Aida Mahmudova Liminality adlı fərdi sərgisinin açılışı olub (FOTO)

“Liminality”

Açılış tarixi: 7 aprel, 18-20:00 (GMT) Sərgi: 8 aprel – 14 may
2022-ci il

“Mən rahatlıq axtarmıram. Mən Tanrıya çatmaq istəyirəm, şeir
istəyirəm, əsl təhlükə istəyirəm, azadlıq istəyirəm, xeyrin qalib
gəlməsini istəyirəm. Mən günah işləmək istəyirəm.”

– Oldos Haksli, Cəsur yeni dünya

Gazelli Art House Aida Mahmudovanın Alister Hiksin kuratorluğu
ilə keçirilən Liminality solo-sərgisində yeni əsərlərini
böyük məmnuniyyətlə təqdim edir. A.Mahmudova sürətlə müasirləşən
ölkəsinin unudulmuş və əlçatmaz guşələrindən bəhs edərək
incəsənətdən bu misilsiz mühitdə mövcud olmaq və yaşamaq üçün
stabillik hissini ifadə etmək məqsədilə istifadə edir. İncəsənət
sərhəd tanımır və rəssama fərqli kommunikasiya üsullarından
istifadə etmək imkanı verir.

Rəssam məkan anlayışını dərindən araşdırır. Mahmudova bunu belə
izah edir: “Biz məkandayıq, paralel dünyalarda mövcudluğumuzu
saxlayırıq və məkan bizin daxilimizdədir”. Məkan reallıq və
illüziyalar haqqında təsəvvürləri formalaşdıraraq insanın maddi və
ya mənəvi olduğu yer ola bilər. Mark Ojenin “yersizlik”
konsepsiyasında insan münasibətlərinin insan qavrayışları ilə
kəsişmə nöqtəsi kimi keçid və ya hüdudların kandarında olmaq
ideyası qismən nəzərdən keçirilir.

Mahmudova şəxsi və ictimai, yer və yersizlik, məkan və
məkansızlıq ideyalarının qarşılaşdırılması ilə məşğuldur. Mark
Ojenin yersizlik konsepsiyası keçid ideyasını araşdırır,
məkansızlıq ziddiyyətli “ev” və mənsubiyyət hissinə əks gələrək “yuva qurmaq” ideyasını inkar edir. Bu məkan hər kəs üçün bərabər
şəkildə yad olsa da, kimsə özünü burda “nisbətən rahat” hiss edə
bilər.

Mahmudova sərhədlər və ya əksliklərin qarşılaşması, hüdudların
aşılmasını işıqlandıraraq keçidin baş verdiyi və istiqamətin
itirildiyi məkanları araşdırır. Əsası Arnold Van Gennep tərəfindən
qoyulmuş keçid mərasimləri (1909) insan həyatının
üçmərhələli keçiddən ibarət olduğunu ifadə edir.

Burada sərhəd keçidin özüdür. Sərhədlərin üfüqü həm məkan, həm
də zaman ölçülərinə malikdir və müxtəlif subyektlərə – insanlara,
icmalara, cəmiyyətlərə və sivilizasiyalara şamil edilə bilər.
Təbiət isə, əksinə, stabillik, zamansızlıq və açıq məkan hissinə
malikdir. Mahmudova ilham mənbəyi kimi tez-tez təbiətə müraciət
edir.

“Hər şey rəssam və mühitdən asılıdır. Mənimlə ətrafımdakılar
arasındakı bitməyən münasibətlər əbədi söhbəti xatırladır. Hər iki
tərəf bütün varlığı ilə iştirak edir. Hərəkətin özü təmiz yaradılış
aktı forması alır. Bu isə öz növbəsində sənə qarşında açılan yeni
üfüqlərlə həqiqi və sərbəst ünsiyyətdə olmaq kimi unikal imkan
verir. O, bizi indiki zamanda əlaqələndirir və birləşdirir, bizə
çoxtərəfli, gözlənilməz və gözəl nəticələr verir.”

– Aida Mahmudova

Gazelli Art House haqqında

Əsası 2010-cu ildə Mila Əsgərova tərəfindən qoyulmuş Londondakı
Gazelli Art House dünyanın müxtəlif guşələrindən olan rəssamları
dəstəkləyərək, incəsənət fəaliyyətinin zirvələrinə çatmış
sənətkarlara xüsusi diqqət göstərərək, onların əsərlərini yeni
auditoriyalara təqdim edərək Meyferə yeni perspektiv gətirib.
Bakıda da təmsil edilən qalereya bu coğrafiyanı birləşdirən zəngin
linqvistik, dini və tarixi bağların daha dərindən anlaşılması üçün
Azərbaycan və qonşu ölkələrin incəsənətinin təşviq edilməsi
üzərində çalışır. Qalereya 2015-ci ildən başlayaraq GAZELL.iO
onlayn platforması vasitəsilə rəqəmsal incəsənət sahəsində çalışan
sənətkarları da dəstəkləyir. Yaxın keçmişdə – 2020-ci ildə
qalereyanın GAZELL.iO Layihə Məkanı və Virtual Reallıq Kitabxanası
yaradılıb. Bu, Meyferdə rəqəmsal incəsənətə həsr edilmiş ilk daimi
incəsənət evidir.

Daha ətraflı məlumat üçün: [email protected] |
+44 (0) 207 491 8816

Teqlər: