Pakistan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca
Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü
Ümumi Konfransında iştirak etmək üçün Mayın 16-da Azərbaycana
səfərə gəlib.

AzerTimes-ın məlumatına görə, hər
iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda Raca Pərviz Əşrəfin şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.

Pakistan Milli Assambleyasının sədrini Azərbaycan ı Milli
Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili, Azərbaycan-Pakistan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə və digər rəsmi
şəxslər qarşılayıblar.

Teqlər: