Pakistan mediası Heydər Əliyevdən yazdı

Pakistan mediası Heydər Əliyevdən yazdı

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqaləsi Pakistanın nüfuzlu media orqanlarında yayımlanıb.

AzerTimes xəbər verir ki, Pakistanın 4 mətbuat orqanında yayımlanan məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılıb.

Məqalədə Azərbaycanla-Pakistan arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğu bildirilib.

Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev Pakistana böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün önəmli addmlar atıb. Ümummilli liderin Pakistanla-Azərbaycan əlaqələrin qurulması və inkişafında mühüm rolu olub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyev İli elan edib.

Teqlər: