Pakistan İrana bağlı terrorçuları həbs etdi

Pakistan İrana bağlı terrorçuları həbs etdi

Pakistanın Ravalpindi, İslamabad və Mandi Bəhaəddin şəhərlərində İrana bağlı 4 terrorçu həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Pakistanın Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, həbs edilənlər Pakistan Sünni Alimlər Şurasının baş katibinin müavini Məsud Əbdülrəhman Osmaninin qətlində günahlandırılırlar.

İslamabad polisinin yaydığı məlumata görə, Pakistanın İmamiyyə Tələbələr Təşkilatında həbs olunan şəxslər İranın dəstəklədiyi şiə qruplarının üzvləridir.

Qeyd edək ki, Məsud Əbdülrəhman Osmani yanvarın 15-də İslamabad şəhərində iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

Teqlər: