Pakistan düyüsü gömrük rüsumundan azad edildi

Pakistan düyüsü gömrük rüsumundan azad edildi

Pakistandan idxal edilən həmin ölkə mənşəli düyü idxal gömrük rüsumundan azad edilib.

AzerTimes xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Qərar verib.

Nazirlər Kabinetinin Qərarına əsasən, Pakistan İslam Respublikasından idxal edilən həmin ölkə mənşəli düyünün 31.12.2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.

Teqlər: