Pakistan Azərbaycana manqo ixracını planlaşdırır

Xəbər - Elçin Mehdiyev – Trend:

Ümid edirik ki, yaxın zamanlarda Pakistan manqosu Azərbaycan bazarında əlçatan olacaq.

AzerTimes-ın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bakıda keçirilən Pakistan Manqo Festivalında deyib.

Səfir bildirib ki, manqo Pakistan mədəniyyətinin, folklorunun bir parçasına çevrilib: “Ölkəmiz manqo ixrac edən ölkələr arasında liderdir”.

O bildirib ki, Cənubi Asiya manqoları ölkənin Cənubi Pəncab regionunda yetişir:


“Pakistanda manqoların 100-dən çox növü yetişir və bu gün festivalda bir neçə növ təqdim olunur və ümid edirik ki, gələcəkdə pakistanlı iş adamları geniş çeşidi Azərbaycan bazarına gətirəcək”.

Twitter: @ElchinMehdiyev

Teqlər: