PA rəsmisi Türkiyə XİN başçısının müavini ilə görüşdü

PA rəsmisi Türkiyə XİN başçısının müavini ilə görüşdü

Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.

Teqlər: